MÜASİR TEKTONİK HƏRƏKƏTLƏR

endogen qüvvələrin təsiri altında indiki zamanda baş verən və ya bir neçə yüz il əvvəl baş vermiş, yer qabığının tərpənmələri, çökmələri və qalxmaları. Geodeziya, hidroqrafik və geoloji-geomorfoloji məlumatlarla müəyyən edilir. современные тектонические движения latest tectonic movements
MÜASİR KONTİNENTAL ÇÖKÜNTÜLƏR
MÜASİR TEKTONİKA
OBASTAN VİKİ
Epeyrogenik hərəkətlər
Geokratik hərəkətlər
Geokratik hərəkətlər — (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.
Hidrokratik hərəkətlər
Hidrokratik hərəkətlər- Okean dibinin həcmi dəyişilmədən Dünya okeanında suyun həcminin çoxalması nəticəsində onun səviyyəsinin hərəkətlərinə-dəyişilməsinə deyilir.Hidrokratik hərəkətlər geoqratik hərəkətlərin əksinə olan hərəkətlərdir.
Tektonik dağ
Yer qabığının deformasiyası nəticəsində əmələ gələn dağdır.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tektonik plitələr
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Tektonik xəritələr
Tektonik xəritələr (rus. тектонические карты, ing. tectonic maps) — bütünlüklə yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqəsini əks etdirən xəritələr.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Tektonik silah
Tektonik silah - təbii geoloji proseslərə təsir göstərməklə müəyyən ərazidə süni şəkildə zəlzələlərə, vulkan püskürmələrinə və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir . “Tektonik silah” termini və onun sinonimi “seysmik silah” 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A. V. Nikolaev tərəfindən tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələyə səbəb ola biləcək bir şey kimi təyin olundu. Eyni zamanda o qeyd edib ki, “zəlzələ törətməyi qarşınıza məqsəd qoymaq son dərəcə şübhəli bir işdir” . İkinci Dünya Müharibəsi zamanı Yeni Zelandiyada tektonik silahlar yaratmaq cəhdləri olmuşdu. Seal layihəsi okeanın dibinə çoxsaylı partlayıcı yüklər yerləşdirməklə sunami yaratmaq məqsədi daşıyırdı. Sunamidən düşmən hədəflərini məhv etmək üçün istifadə edilməli idi. Lakin layihənin uğursuzluğuna baxmayaraq, 1999-cu ildə ekspertlər belə bir silahın yaradılmasının mümkün olduğunu qeyd etdilər. İki gizli sovet proqramı "Vulkan" və "Merkuri-18" (NIR No 2M 08614PK) mövcuddur - "Zəif seysmik sahələrdən istifadə edərək zəlzələ mənbəyinə uzaqdan təsir metodu və partlayış enerjisinin ötürülməsi". Bu proqramlar İkram Kərimovun rəhbərlik etdiyi Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutu ilə əlaqələndirilirdi. İKP MK və SSRİ Nazirlər Sovetinin 30 noyabr 1979-cu il tarixli 1384-345 / SS məxfi qərarında onun komandasının “kimyəvi yükün partlaması enerjisinin ötürülməsində” uğurlu təcrübələri qeyd edilmişdir.
İlkin tektonik relyef
İlkin tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İllik tektonik relyef
İllik tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
Şahdağ tektonik lövhəsi
Şahdağ tektonik lövhəsi Cənub-Şərqi Qafqazın şimal yamacında yerləşir və Şahdağ-Beşbarmaq tektonik örtük dəstəminin qərb fraqmentinə cavab verən və orqanogen-rif, kristal dənəvər, oolit və brekçiyaformalı-qırıntılı malm-neokom əhəngdaşılarından təşkil olunmuş nəhəng klipdir. Təbaşir dövrünün ortalarına qədər əhəngdaşıları Böyük Qafqaz kənar dənizinin şelfi və qitə yamacının sərhədində Siyəzən dərinlik yarığının nəzarət etdiyi sədd rifinin tərkib hissəsi olmuşlar. Tektogenezisin avstriya fazasında əhəngdaşıları yan sıxılmanın təsiri nəticəsində öz bünövrəsindən qopardılmış və qitə yamacın sinxron “vəhşi” flişi üzərinə köçürülmüşdür. Tektonik lövhə ümumqafqaz istiqamətində uzanmış sinklinalşəkilli formaya malik olub sahəsi 150 kv.km, qalınlığı isə 1,5 km-ə çatır. Kənarları sərt eskarplarla haşiyələnmiş lövhənin dabanının bəzi yerlərində tektonik brekçiya (çöküntü melanjı) üzə çıxır ki, bu da onun şaquli tektonik yerdəyişmələrinə dəlalət edir.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Müasir Müsavat Partiyasının üzvlərinin 67%-i kişi, 33%-i isə qadın olmuşdur. 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Çox gözəl hərəkətlər 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Azərbaycan ərazisinin tektonik quruluşu
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir. Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik.